“Rusiya həmişə sülhə can atıb və biz sabah da danışıqlar masasına oturmağa hazırıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Rusiya XİN-in rəhbərliyi ilə görüşü zamanı səsləndirib.
Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb:
“Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin bütün ərazilərindən tamamilə çıxarılmalıdır. Yeni ərazilər əbədi olaraq Rusiya Federasiyasınındır, bu məsələ müzakirə belə edilə bilməz. Yalnız bu halda danışıqlar mümkündür”.
Rusiya lideri həmçinin qeyd edib ki, Kiyev NATO-ya inteqrasiya niyyətlərindən əl çəkməlidir.
“Bu baş verərsə, bizim tərəfimizdən dərhal, elə həmin anda atəşi dayandırmaq və danışıqlara başlamaq əmri gələcək”, - Putin əlavə edib.
Bizim.Media