“Tesla” fabriklərində minlərlə insanabənzər robot İŞLƏYƏCƏK 

“Tesla” fabriklərində minlərlə insanabənzər robot İŞLƏYƏCƏK 

Hazırda oxunan: “Tesla” fabriklərində minlərlə insanabənzər robot İŞLƏYƏCƏK 

197214

“Tesla” elektrik avtomobili fabriklərində minlərlə insanabənzər “Optimus” robotu işləyəcək. 

Bizim.Media xəbər verir ki, bunu “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask bəyan edib. 

O hesab edir ki, insanabənzər robotların hərəkət səviyyəsi tezliklə əhəmiyyətli dərəcədə arta biləcək. Belə ki, onlara şifahi tapşırıq vermək və ya hansısa hərəkəti göstərmək, onlardan da bunu tələb etmək kifayət edəcək. 
İ. Mask istisna etməyib ki, “Optimus” robotlarının yeni növləri insanlar kimi videolara baxaraq müxtəlif bacarıqlar əldə edə biləcəklər. 

Qeyd edək ki, “Tesla” gələn il insanabənzər “Optimus” robotlarının satışına başlayacaq. “Optimus” obyektləri qüsursuz şəkildə ayırmaq və əşyaları rənglərinə görə tam avtonom şəkildə çeşidləmək qabiliyyətinə malikdir. Robot 5-10 il ərzində mükəmməlləşəcək, qiyməti isə 20 min dollardan aşağı olmayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO