“Türkiyənin Aİ-yə üzvlük prosesi bəzi Avropa ölkələrinin maneələrinə görə yubanır” - Ərdoğan

“Türkiyənin Aİ-yə üzvlük prosesi bəzi Avropa ölkələrinin maneələrinə görə yubanır” - Ərdoğan

Hazırda oxunan: “Türkiyənin Aİ-yə üzvlük prosesi bəzi Avropa ölkələrinin maneələrinə görə yubanır” - Ərdoğan

197186

“Təəssüf ki, Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı səmimi addımları Ankaranın birliyə daxil olmasının faydalarını dərk etməyən bir sıra ölkələrin müqaviməti ilə üzləşir. Avropa Parlamentinə seçkilərin nəticələri və Avropada sağçı siyasətçilərin mövqelərinin güclənməsi Türkiyənin Aİ-yə tezliklə daxilolma perspektivləri məsələsində nikbinlik yaratmır”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Madriddə Türkiyə-İspaniya biznes forumunda çıxışı zamanı bildirib.

“Təəssüf ki, Türkiyə-Avropa İttifaqı gömrük sazişinin yenilənməsi ilə bağlı danışıqlar hətta başlamayıb. Eyni zamanda, türk iş adamlarına qarşı sərt viza tələbləri saxlanılır. Bütün bunlar Türkiyə ilə Aİ arasındakı münasibətlərin iqtisadi və ticarət potensialının tam açılmasına imkan vermir”, - deyə Ərdoğan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO