Moskva birjası (MOEX) bu gündən ABŞ dolları və avro ilə ticarəti dayandırdığını açıqlayıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Moskva birjasının ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilməsi olub.
“İyunun 13-dən başlayaraq valyuta və qiymətli metallar bazarında ABŞ dolları və avro valyuta cütləri istisna olmaqla, ticarət bütün alətlər üzrə aparılır”, - deyə birjanın yaydığı məlumatda qeyd olunub.
Bununla belə, Rusiya Mərkəzi Bankı ölkə banklarında valyuta satışının əvvəlki qaydada həyata keçiriləcəyini bildirib.
Analoji məhdudiyyətlər fond və maliyyə bazarlarına da şamil ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:24 / 13.06.2024
Moskva birjası ABŞ dolları və avro ilə ticarəti dayandırdı
Hazırda oxunan: Moskva birjası ABŞ dolları və avro ilə ticarəti dayandırdı
Hazırda oxunan: Moskva birjası ABŞ dolları və avro ilə ticarəti dayandırdı
197070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.