Ərəblər 5 milyardlıq boks liqası yaratmaq istəyir

Ərəblər 5 milyardlıq boks liqası yaratmaq istəyir

Hazırda oxunan: Ərəblər 5 milyardlıq boks liqası yaratmaq istəyir

197011

Səudiyyə Ərəbistanı vahid boks liqası yaratmaq istəyir. 

Bizim.Media xəbər verir ki, ölkənin İctimai İnvestisiya Fondu (PİF) yeni peşəkar boks liqasının yaradılması məsələsini müzakirə edir.

Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx hökumətə bu barədə məlumat verib. 

Məqsəd boks üzrə böyük promouşnların hüququnu ələ keçirməkdir. “Golden Boy” və “Matchroom” artıq fondun nümayəndələri ilə danışıqlar aparır. Yeni liqanın yaradılmasına ediləcək investisiya məbləği 4-5 milyard dollara çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO