Böyük güclər Qəzza məsələsində ortaq məxrəcə GƏLDİLƏR – İsrail geri addım ATACAQ?

Böyük güclər Qəzza məsələsində ortaq məxrəcə GƏLDİLƏR – İsrail geri addım ATACAQ?

Hazırda oxunan: Böyük güclər Qəzza məsələsində ortaq məxrəcə GƏLDİLƏR – İsrail geri addım ATACAQ?

196953

BMT Təhlükəsizlik Şurası ABŞ-nin İsrail və HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib. Bu barədə TASS məlumat yayıb.

Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib, Rusiya isə bitərəf qalıb.

ABŞ-ın təklif etdiyi qətnamə yeddi bənddən ibarətdir. Qətnamənin birinci mərhələsi dərhal atəşkəs, İsrail Müdafiə Qüvvələrinin qoşunlarının Qəzza zolağında məskunlaşan ərazilərdən çıxarılmasını və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsini nəzərdə tutur.

HƏMAS razılaşmanı qəbul etməli və həmçinin bütün tərəflər heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməlidir.

Bundan əlavə, sənəddə vurğulanıb ki, atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox uzanarsa, danışıqlar davam etdiyi müddətdə atəşkəs qüvvədə qalacaq.

Qətnamədə həmçinin BMT-yə üzv olan bütün ölkələri sazişin həyata keçirilməsini dəstəkləməli, İsrail və Fələstin arasındakı münaqişənin iki dövlətin dinc yanaşı yaşaması əsasında həllinə sadiqliyi bir daha təsdiqləməlidirlər.

Görəsən, BMT-nin belə bir qərarı verməsindən sonra İsrail dünyanın təzyiqi qarşısında geri addım atacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, problemin həlli mürəkkəbdir və onun cavabı qarşıdadır:

“Fikrimcə, burada söhbət təkcə İsraildən getmir. Burada qarşı tərəf də var. Söhbət HƏMAS-dan başqa, Livandakı “Hizbullah”dan da gedir. Cənubi Livan ərazisindən hər gün İsrail şəhərlərinə raket hücumları olur. HƏMAS da öz fəaliyyətini davam etdirir. İndiyə kimi, girovları azad etməyib. Belədə, məsələnin həlli çox mürəkkəbdir. 

Digər ciddi problem odur ki, atəşkəsdən sonra Qəzza zolağı kimin idarəetməsi altında olacaq. Hansı qüvvə və ölkələr bu prosesə nəzarət edəcək ki, yenidən terror bərpa olunmasın.

Düşünürəm ki, bu suallara cavablar hələ irəlidədir. Məsələnin həlli beynəlxalq ictimaiyyətin iştirakı ilə səmimi şəraitdə olmalıdır. Atəşkəsə son qoymaq üçün ilk növbədə terrora da son qoyulmalıdır. Onun da qarşısını almaq istiqamətində müvafiq işlər aparılmalıdır”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO