Kremldən Putinin səfər etdiyi təyyarələr barədə AÇIQLAMA

Kremldən Putinin səfər etdiyi təyyarələr barədə AÇIQLAMA

Hazırda oxunan: Kremldən Putinin səfər etdiyi təyyarələr barədə AÇIQLAMA

196782

“Rusiya Prezidenti Vladimir Putin səfərlər üçün yerli istehsal olan, texniki cəhətdən etibarlı aviatexnikadan istifadə edir”.

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov xarici ölkə liderlərinin təyyarə qəzasına düşməsini şərh edərkən deyib. 

Onun sözlərinə görə, Rusiya liderinin istifadə etdiyi aviatexnika texnoloji cəhətdən xüsusi baxışdan keçirilir. 

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin də göyərtəsində olduğu helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində İran lideri həlak olub. İyunun 10-da isə içərisində Malavinin vitse-prezidenti Saulos Çiliman və daha 9 nəfərin olduğu təyyarə radarlardan itib. Bu gün isə təyyarənin qalıqları aşkar edilib. Təyyarənin göyərtəsində olan bütün şəxslərin öldüyü bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO