BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnamə QƏBUL ETDİ - Rusiya bitərəf qaldı

BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnamə QƏBUL ETDİ - Rusiya bitərəf qaldı

Hazırda oxunan: BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnamə QƏBUL ETDİ - Rusiya bitərəf qaldı

196680

BMT Təhlükəsizlik Şurası ABŞ prezidentinin mayın 31-də elan etdiyi Qəzza zolağında üç fazalı atəşkəs rejiminin dərhal həyata keçirilməsini tələb edən qətnamə qəbul edib.

Bizim.Media xəbər verir ki, qətnaməni 15 ölkədən 14-ü dəstəkləyib.

Rusiya səsvermədə bitərəf qalıb.

Layihə Qəzzada dərhal tam atəşkəsi, İsrail qoşunlarının Qəzza zolağında məskunlaşmış ərazilərdən çıxarılması, girovların azad edilməsini əhatə edir.
Belə ki, birinci mərhələdə bölgədə tam atəşkəs və bütün İsrail qoşunlarının Qəzza zolağında məskunlaşan ərazilərdən çıxarılması, yüzlərlə fələstinli məhbusun azad edilməsi müqabilində bir sıra israilli girovların geri qaytarılmasını əhatə edir.

Qətnamənin yekun üçüncü mərhələsində isə Qəzzanın bərpasına başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO