Almaniya hökuməti Ukrayna məhsulları üçün Avropa İttifaqı (Aİ) ölkələrinə əsas bazarlarını açmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu təkliflə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenya Şulze SPD-nin Berlində keçirilən iqtisadi forumunda çıxış edib.
Onun sözlərinə görə, bu, Ukraynanın Aİ-yə daxil olmasına hazırlıq üçün vacibdir.
Şulze həmçinin Ukrayna üçün federal büdcədən kənar xüsusi fondun yaradılmasına çağırıb: "Biz Almaniyanın təhlükəsizliyinə sərmayə qoymalı və Ukraynanın sağ qalmasına və özünü müdafiə etməsinə kömək etməliyik - bunların hər ikisi büdcəmizdən daha çox pul tələb edir".
Onun fikrincə, Almaniyanın Ukrayna qarşısında öhdəlikləri “daha etibarlı” olmalıdır.
Qeyd edək ki, daha əvvəl Almaniyanın maliyyə naziri Kristian Lindner Ukrayna üçün xüsusi fond yaratmaqdan imtina edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:05 / 10.06.2024
Almaniya hökuməti Ukrayna məhsulları ilə bağlı Aİ-yə ÇAĞIRIŞ EDİB
Hazırda oxunan: Almaniya hökuməti Ukrayna məhsulları ilə bağlı Aİ-yə ÇAĞIRIŞ EDİB
Hazırda oxunan: Almaniya hökuməti Ukrayna məhsulları ilə bağlı Aİ-yə ÇAĞIRIŞ EDİB
196648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.