Rusiyada kriminal avtoritetə ömürlük cəza verildi

Rusiyada kriminal avtoritetə ömürlük cəza verildi

Hazırda oxunan: Rusiyada kriminal avtoritetə ömürlük cəza verildi

196582

Rusiyada hərbi məhkəmənin münsiflər heyətin mütəşəkkil cinayətkar qrup təşkil etməkdə və banditizmdə təqsirli bildiyi Şişkan ləqəbli kriminal avtoritet Oleq Medvedyevi ömürlük həbs cəzasına məhkum edib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Cinayətkarın 17 ortağı da həbs cəzası alıb. Məhkəmə şərti cəzadan ömürlük cəzaya qədər hökmlər çıxarıb.

Medvedyev və onun əlaltılarının məhkəməsi Moskva şəhər məhkəməsinin binasında keçirilib.

May ayında münsiflər heyəti Medvedyevin başçılıq etdiyi cinayətkar birliyin 18 üzvünü mühakimə edib. Prosesdə təqsirləndirilən 18 nəfərdən 3-ü ev dustaqlığında, qalanları isə istintaq təcridxanasında saxlanılıb. Andlılar heyəti Medvedyevin heç bir güzəştə layiq olmadığı qənaətinə gəlib. Müttəhimlərə cəza kəsilərkən yalnız dörd təqsirləndirilən şəxs məhkəmənin minimal həddən aşağı cinayət cəzası alıb.
Qeyd edək ki, Şişkan “Rusiyanın əsas oğrusu” adlandırılır və postsovet məkanının kriminal aləminin bir neçə liderindən biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO