Fransada Avropa seçkilərində ifrat sağçılar qələbə qazandılar

Fransada Avropa seçkilərində ifrat sağçılar qələbə qazandılar

Hazırda oxunan: Fransada Avropa seçkilərində ifrat sağçılar qələbə qazandılar

196509

Fransada Avropa Parlamentinə seçkilərdə Milli Birik partiyası 31.5, Makronun “Renaissance” partiyası 15.2, Sosialistlər partiyası isə 14 faiz səs qazanıblar.

Bizim.Media  xəbər verir ki, bu barədə sosial sorğu institutu IPSOS hesablamalara aparıb.

Marin Lö Penin sədri olduğu Milli Birlik partiyasından Cordan Bardelanın rəhbərlik etdiyi seçki siyahısı Avropa seçkilərində mütləq qələbə qazanıb. Seçkilərin nəticələri açıqlandıqdan sonra C.Bardela çıxış edərək, mütləq qələbə münasibəti ilə tərəfdarlarının alqışlayıb və Prezidenti yeni parlament seçkiləri təşkil etməyə çağırıb.

IPSOS-un keçirdiyi sorğunun nəticələrinə görə, Avropa seçkilərindən fransızların 45.26 faizi iştirak edib. Bu rəqəm 2014-cü illə müqayisədə 9 faiz azdr.

Avropa seçkiləri üçün Fransada 38 siyahı təqdim olunub, 5 faizdən az səs toplayan siyahının üzvləri Avropa Parlamentində təmsil olunmayacaqlar.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO