“Nə? Harada? Nə vaxt?” yarışmasının azərbaycanlı oyunçusu Rövşən Əsgərova xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərdən yayındığına görə (Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsi) cinayət işi qaldıra bilər.
Bizim.Media xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, iş başlansa, Əsgərovu 2 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, bundan əvvəl o, xarici agentlərin fəaliyyəti ilə bağlı qaydaları pozduğuna görə artıq üç dəfə cərimələnib.
Rusiyanın Ədliyyə Nazirliyi Əsgərovu 2022-ci ilin dekabrında xarici agentlər siyahısına daxil edib. R.Əsgərov Rusiyada federal axtarışdadır.
2022-ci ilin aprelində İstintaq Komitəsi ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açıb. Buna səbəb keçmiş ekspertin sosial şəbəkələrdə rus komandiri, Sovet İttifaqının marşalı Georgi Jukovun “xatirəsini təhqir edən və ləkələyən yalan məlumat” dərc etməsi olub.
Bizim.Media