Yaponiyalı gənc yaxta ilə dünya turunu başa vurdu

Yaponiyalı gənc yaxta ilə dünya turunu başa vurdu

Hazırda oxunan: Yaponiyalı gənc yaxta ilə dünya turunu başa vurdu

196428

Yaponiya hərbi dəniz qüvvələrinin keçmiş mənsubu Hirotsuqu Kimura 231 günə yaxta ilə dünya turunu başa vurub.

Bizim.Media Yaponiya mediasına istinadla xəbər verir ki, 24 yaşlı Hirotsuqu Kimura səyahətinə ötən ilin oktyabrın 22-də Hyoqo prefekturasının Nişinomiya şəhərindən başlayıb. 

Bu, onun yaxta ilə 2-ci dünya səyahəti cəhdi olub. 2022-ci ildəki cəhdi mexaniki nasazlıq səbəbindən yarım qalmışdı.
Hirotsuqu Kimura 52 min kilometrlik səyahəti zamanı Sakit okeanının cənubundan, Çilinin cənubundakı Horn burnundan, Cənubi Afrikanın Ümid burnundan və Avstraliya sahillərindən keçərək iyunun 8-də Yaponiyanın Vakayama prefekturasına çatıb. O, özü ilə kifayət qədər ərzaq və digər lazımi ehtiyat götürdüyü üçün səyahətini heç bir limana yan almadan və kənardan təchizat yardımı almadan başa vurub.

“Çox xoşbəxtəm. Hər şeydən çox, sağ qayıtmaqdan məmnunam”, - deyə gənc dənizçi səyahət hisslərini bu cür ifadə edib.

Qeyd edək ki, Hirotsuqu Kimura həmvətəni Kociro Şiraişinin 1994-cü ildə 26 yaşında reallaşdırdığı səyahət rekordunu yaşına görə yeniləyib. Elə Hirotsuqu Kimuranı dünya turuna həvəsləndirən də həmvətəni Kociro Şiraişinin uğuru olub. Orta məktəb illərində dənizçilik klubunun üzvü olan Hirotsuqu Kimura dünya dəniz səyahətinə çıxmağı arzu edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO