Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever kosmosa UÇUB - VİDEO

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever kosmosa UÇUB - VİDEO

Hazırda oxunan: Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever kosmosa UÇUB - VİDEO

196359

Bu gün Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuş edib.

Bizim.Media xəbər verir ki, uçuşu həyata keçirəcək Virgin Galactic şirkəti X sosial media hesabında "Galactic 07" missiyasına hazırlıqlar haqqında məlumat verib.

Bildirilib ki, artıq "Qalaktika 07 kosmos uçuşu"na hazırlıqlar yekulaşıb və uçuş gerçəkləşib.

Missiya zamanı Atasever üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib. Astronavt və missiyanın digər üzvləri “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.

Təxminən bir saat yarım davam edəcək uçuş ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübə planlaşdırılıb.

Qeyd edək ki, Ataseverin anası azərbaycanlıdır.

Xatırladaq ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 18-də kosmosa ilk uçuşunu edib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO