ABŞ qoşunlarını Nigerdən çıxarmağa BAŞLAYIB

ABŞ qoşunlarını Nigerdən çıxarmağa BAŞLAYIB

Hazırda oxunan: ABŞ qoşunlarını Nigerdən çıxarmağa BAŞLAYIB

196350

ABŞ hökuməti rəsmi olaraq qoşunlarını Nigerdən çıxarmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə respublikanın quru qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kiau məlumat verib.

"ABŞ rəsmi olaraq qoşunlarını Nigerdən çıxarmağa başlayıb. Artıq 269 hərbi qulluqçu və 946 ton hərbi texnika ölkəmizi tərk edib", - deyə qərargah rəisi qeyd edib.

Amerika kontingentinin çıxarılması barədə razılıq bu il mayın ortalarında Kiau və ABŞ dövlət katibinin xüsusi əməliyyatlar və aşağı intensivlikli münaqişələr üzrə köməkçisi Kristofer Mayerin rəhbərlik etdiyi Niger Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında aparılan danışıqlarda əldə olunub.  

Qərara əsasən, kontingent bu il sentyabrın 15-dək ölkəni tərk etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO