İsrail Hərbi Hava Qüvvələri (İDF) Livanın cənubundakı Hizbullah hədəflərinə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Məlumata görə, qırıcı təyyarələr Livanın cənubundakı Əl-Xarib bölgəsindəki atış qurğusunun yaxınlığında, Roisat Əbu Laban bölgəsində radikal təşkilatın infrastrukturuna hücum edib.
Hesabatda qeyd olunur ki, gün ərzində İDF qüvvələri Alma ə-Şaab və Naqura bölgələrində təhlükəni aradan qaldırmaq üçün artilleriya və minaatanlardan atəş açıb.
Bizim.Media