“ABŞ-ın dünya iqtisadiyyatının strukturunda payı azalır, bu, çoxqütblü dünya maliyyə sisteminə doğru addımdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda panel müzakirəsi zamanı bildirib.
Putin qeyd edib ki, ABŞ-ın qlobal iqtisadiyyata 54,3 trilyon dollar borcu var:
“Amerika iqtisadiyyatının həcmi azalır, ABŞ iqtisadiyyatının əsasları indi “çatlayır”, problemlər arasında milli borc və inflyasiya var. ABŞ ildə istehsal etdiyindən 1 trilyon dollar çox istehlak edir, bu neokolonializmdir”.
Bizim.Media