Almaniya hökuməti Ukrayna üçün əlavə 155 mm-lik artilleriya sursatlarının alınması ilə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, artıq minlərlə mərminin istehsalı və tədarükü ilə bağlı alman silah şirkəti ilə razılıq əldə olunub: “Təxminən 880 milyon avroluq maliyyə tələbi həm Bundesverin xüsusi fondlarından, həm də müdafiə büdcəsindən qarşılanacaq”.
Qeyd edilib ki, bu addım həm döyüş sursatına ciddi ehtiyacı olan Ukraynaya dəstəyin davam etdirilməsinin göstəricisi olacaq, həm də Almaniyanın öz ehtiyatlarının daha da artırılmasına töhfə verəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:02 / 07.06.2024
Almaniya Ukrayna üçün 880 milyon avroluq artilleriya mərmisi alacaq
Hazırda oxunan: Almaniya Ukrayna üçün 880 milyon avroluq artilleriya mərmisi alacaq
Hazırda oxunan: Almaniya Ukrayna üçün 880 milyon avroluq artilleriya mərmisi alacaq
196108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.