BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələrinə əsasən Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali iki il müddətinə müvəqqəti üzvlər seçilib.
Yeni üzvlər 2025-ci il yanvarın 1-dən etibarən fəaliyyətə start verəcəklər.
BMT Təhlükəsizlik Şurası 15 ölkədən - beş daimi və Baş Assambleya tərəfindən iki il müddətinə seçilən on müvəqqəti üzvdən ibarətdir.
Qeyd edək ki, daimi üzv olan ölkələr Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:57 / 06.06.2024
BMT TŞ-nin yeni müvəqqəti üzvləri SEÇİLDİ
Hazırda oxunan: BMT TŞ-nin yeni müvəqqəti üzvləri SEÇİLDİ
Hazırda oxunan: BMT TŞ-nin yeni müvəqqəti üzvləri SEÇİLDİ
196089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.