Rusiya Prezidenti Vladimir Putin informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib ki, Qərb ölkələrinin iştirakı ilə Rusiya Federasiyasına zərbələr onların Rusiyaya qarşı birbaşa müharibəsi deməkdir. Ardınca Putin qeyd edib ki, Moskva buna mütləq reaksiya verəcək:
“Rusiyanın bununla bağlı cavabı isə asimmetrik ola bilər. Çünki Rusiyanın Kiyevi silahla təmin edən ölkələrdə həssas hədəflərə hücumların həyata keçiriləcəyi bölgələrə silah vermək hüququ var”.
Bu açıqlama ilə Rusiya Prezidenti Kiyevə dəstək olan Qərbi açıq şəkildə təhdid etdiyini ortaya qoyur.
Yaranmış vəziyyətdə Rusiya həqiqətən də NATO bazalarını hədəf ala bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Rusiyanın NATO bazalarını hədəfə alacağını gözləmir:
“Çünki bunun baş verməsi nüvə müharibəsinə və beləliklə də dünyanın sonuna gətirə bilər. Ona görə də yaxın müddətdə belə bir addımın atılacağını mümkün hesab etmirəm”.
Deputat deyir ki, Putinin bu tip açıqlamaları sadəcə olaraq, qarşı tərəfə hədə-qorxu gəlmək məqsədi daşıyır:
“Müharibə gedir, insanlar tələf olur. Bunun da nəticəsində bütün dünya olduqca təhlükəli məqam yaşayır. Bundan da ağır vəziyyətin yaranacağına, müharibənin nüvə müharibəsinə keçidinə inanmıram. Amma dünya müharibəsi artıq gedir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:00 / 07.06.2024
Putindən NATO-ya SƏRT XƏBƏRDARLIQ – “Bu addım dünyanın sonunu gətirə bilər...”
Hazırda oxunan: Putindən NATO-ya SƏRT XƏBƏRDARLIQ – “Bu addım dünyanın sonunu gətirə bilər...”
Hazırda oxunan: Putindən NATO-ya SƏRT XƏBƏRDARLIQ – “Bu addım dünyanın sonunu gətirə bilər...”
196030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.