Ukrayna ətrafında yaranmış vəziyyət, o cümlədən Kiyevin Rusiya ərazisinə hücumlarla bağlı bəyanatları üçüncü dünya müharibəsinə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, ABŞ-ın ən yüksək dövlət postu uğrunda yenidən mübarizə aparan Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp bu barədə Fox News telekanalının efirində deyib.
“Biz üçüncü Dünya müharibəsinə yaxınlaşırıq. Ukrayna hazırda Rusiya ərazisinə hücumlardan, Vladimir Putin nüvə silahından danışır. ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden isə nə deyəcəyini bilmir. Bütün bunlar son nəticədə dünya müharibəsinə gətirib çıxaracaq” - deyə Donald Tramp bildirib. O, həmçinin prezident seçiləcəyi təqdirdə Ukrayna problemini həll edəcəyini vurğulayıb.
Qeyd edək ki, Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken mayın 31-də Cozef Baydenin ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə razı olduğunu təsdiqləyib. Dövlət katibi burada Rusiyanın yalnız Xarkov yaxınlığındakı regionlarına zərbələrdən söhbət getdiyini dəqiqləşdirib. Eyni zamanda, Almaniya Nazirlər Kabineti Kiyevə tədarük etdiyi silahlardan Xarkov vilayətində hücumlardan qorunmaq üçün Rusiya ərazisinin dərinliklərinə zərbələr vurulması üçün istifadə oluna biləcəyini açıqlayıb. Lakin bu məsələdə Qərb ölkələri arasında yekdillik yoxdur.
Rusiya prezidenti mayın 28-də müasir zərbə sistemləri üçün hədəf seçimi və uçuş tapşırıqlarının “Ukrayna hərbçilərinin heç bir iştirakı olmadan” uzaqdan və ya avtomatik həyata keçirildiyini, həmçinin bunun Ukraynaya silah tədarük edənlər tərəfindən edildiyini vurğulayıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə mayın 31-də Ukraynaya çatdırılan bütün uzaqmənzilli silahların birbaşa NATO ölkələrinin hərbi personalı tərəfindən idarə olunduğunu və bu hərəkətlərin cavab zərbələri üçün səbəb ola biləcəyini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:34 / 06.06.2024
Trampdan XƏBƏRDARLIQ: Ukraynadakı vəziyyət dünya müharibəsinə aparır
Hazırda oxunan: Trampdan XƏBƏRDARLIQ: Ukraynadakı vəziyyət dünya müharibəsinə aparır
Hazırda oxunan: Trampdan XƏBƏRDARLIQ: Ukraynadakı vəziyyət dünya müharibəsinə aparır
195960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.