Stalin Rusiyada iş tapa bilmir - “Bütün saytlardan rədd cavabı gəlib” - VİDEO

Stalin Rusiyada iş tapa bilmir - “Bütün saytlardan rədd cavabı gəlib” - VİDEO

Hazırda oxunan: Stalin Rusiyada iş tapa bilmir - “Bütün saytlardan rədd cavabı gəlib” - VİDEO

19584

Generalissimus İosif Stalinin soyadını daşıyan Yekaterinburqun 55 yaşlı sakini Stalin Sarkisyan bu ada görə ayrı-seçkilikdən şikayətlənib: “Məni heç kəs işə götürmək istəmir”.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “trtrussian.com” saytı yayıb.

MashTelegram kanalına verdiyi müsahibədə o, atasının Stalinin pərəstişkarı olduğunu söyləyib.

Qeyd edək ki, o dövrdə bir çox uşağa Stalin adı verilirdi, lakin Sarkisyanın doğulduğu 1966-cı ildə bu cür adların dəyişdirilməsini tələb edən bir fərman imzalanıb. Lakin Sarkisyanın atası bundan imtina edib.

“Mən SSRİ-yə xəyanət etməmişəm və fərmanı da düzgün hesab etmirəm. Bu adla da öləcəm”, deyə Yekaterinburq sakini əlavə edib.

Stalin karyerası illərində bir neçə diplom aldığını, orduda xidmət etdiyini,  birinci dərəcəli sürücü olduğundan çox təcrübə topladığını bildirib. Ancaq 2012-ci ildə iş tapmaqda o, problem yaşamağa başlayıb, hər yerə CV göndərib və bütün saytlardan rədd cavabı gəlib. 

İşəgötürənlərdən biri ona “7-10 illik iş təcrübəsi olan 20 yaşlı işçilərə” ehtiyac duyduqlarını deyib.

Xatırladaq ki, Rostovda hərbi xidmətdə olan Tuvalı çağırışçı əsgər Ondar Şoyqu sosial şəbəkələrdə ordudakı etnik zəmində ayrı-seçkilikdən şikayətlənmişdi.

Gəncin dediyinə görə, o və digər dörd tuvalı ölkənin müdafiə naziri Sergey Şoyqunun soyadını daşıdıqlarına və milliyyətlərinə görə komandanlıq tərəfindən lağa qoyulub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO