Dünya böyük savaşın ASTANASINDA – “Tayvan gərginliyi III Dünya Müharibəsinə səbəb ola bilər”

Dünya böyük savaşın ASTANASINDA – “Tayvan gərginliyi III Dünya Müharibəsinə səbəb ola bilər”

Hazırda oxunan: Dünya böyük savaşın ASTANASINDA – “Tayvan gərginliyi III Dünya Müharibəsinə səbəb ola bilər”

195816

Uzaq Şərqdə yeni bir münaqişə ocağı yaranmaqdadır. Söhbət Çinlə Tayvan arasında günü-gündən kəskinləşən gərginlikdən gedir. Çinin müdafiə naziri Dong Jun üç gün öncə qatıldığı konfransda Çin və Tayvan arasındakı “müstəqillik” böhranı ilə bağlı çox açıq mesajlar verib.

Dong Jun Tayvanla sülh yolu ilə yenidən birləşmənin Çinin əsas məqsədi olduğunu bildirib:

“Lakin buna nail olunmasaq, güc tətbiqi qaçılmazdır. Tayvan separatçıları və xarici güclər sülh prosesinə zərər verirlər. Tayvanın müstəqilliyinin qarşısını almaq və heç vaxt uğur qazanmamasını təmin etmək üçün həmişə qətiyyətli və güclü hərəkət edəcəyik”.

Qeyd edək ki, Çin ordusu artıq neçənci dəfədir ki, Tayvana yaxın ərazilərdə hərbi təlimlər keçirir. Bu isə o deməkdir ki, Çinlə Tayvan arasında müharibənin başlanması an məsələsidir. Xüsusən də dünya dövlətlərinin başı Ukrayna və Yaxın Şərq məsələsinə qarışdığı bir zamanda, Pekinin Tayvana qarşı hərbi əməliyyatlara başlamaq niyyəti günü-gündən daha da artır. 

Bu fonda ABŞ Prezidenti Co Bayden “Time” jurnalına açıqlamasında bəyan edib ki, Çin adada güc tətbiq etsə və hərbi əməliyyatlara başlasa, Birləşmiş Ştatlar Tayvana ordusunu cəlb edəcək.

“Mən ABŞ-ın hərbi gücündən istifadəni istisna etmirəm. Quruda yerləşmə, hava qüvvələri, dəniz qüvvələri və sair arasında fərq var”, - Bayden bildirib.

O həmçinin qeyd edib ki, ABŞ əvvəlki administrasiyaların siyasətini davam etdirərək adanın suverenliyini rəsmi olaraq tanımayacaq.

Onu da qeyd edək ki, ABŞ Senatının 2024-cü il üçün təsdiq etdiyi yardım paketində Ukrayna və İsraildən sonra Tayvan üçüncü yeri tutur. 

Təkcə bu il Vaşinqton Tayvana 5 milyard dollarlıq yardım ayıracaq. Bu əsasda bir çox ekspertlərin qənaətincə, ABŞ bilərəkdən Çini Tayvanla müharibəyə sövq edir. 

Görəsən, Ukraynada başlamayan dünya savaşı Tayvana görə başlaya bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, üçüncü dünya müharibəsinin çıxış və qaynaq nöqtəsi qismində hər zaman Çin Tayvan müharibəsi göstərilib:

“Çin Tayvan gərginliyi hər zaman partlama nöqtəsində olub. Bununla bağlı dünya birliyinin ciddi həyacan təbili çaldığı da bir gerçəklikdir. Özəllikdə Nensi Pelottinin Tayvana səfərindən sonra, Vaşinqton Pekin münasibətlərində gərginlik ən yüksək həddə çatıb. Bu günün özündə də Çinlə Tayvan aarsında müharibə ehtimalı aktualdır. Dünyanı məcradan çıxaracaq konfliktlər arasında ən çox da Tayvanla Çin arasında müharibə ehtimalının adı hallanır. Onun alovlanması ehtimalı real görünür. Əslində, üçüncü dünya müharibəsinin çıxış və qaynaq nöqtəsi qismində hər zaman Çin Tayvan müharibəsi göstərilir”. 

Ekspert deyir ki, Çinin Tayvana müdaxiləsi ciddi şəkildə Pekinin digər ölkələrlə qarşıdurmasına səbəb olacaq: 

“Çünki Qərb Tayvan məsələsində kifayət qədər həssas və kəskin mövqe tutur. Tayvan adası ətrafında gərginlikdə maraqlı olan qüvvələr var. Onlar tez-tez Tayvanın Çinə yaxın sahillərdə təlimlər keçirməsinə cəhdlər edir. 

İstənilən halda Tayvan ətrafında yaxın zamanlarda gərginliyin baş verməsi realdır. Bu da Ukrayna Rusiya, Yaxın Şərq müharibəsi fonunda Üçüncü Dünya Müharibəsinin başlanması ehtimalını real edir”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO