Türkiyənin Roketsan şirkəti İHA-122 adlı yeni ballistik raket (ALBM) hazırlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, yeni məhsulun ilk buraxılışları AKINCI hücum dronu vasitəsilə baş tutub.
Qeyd edək ki, televiziya başlığı olan raketlərin burun hissəsində elektro-optik kamera var.
Alınan təsvir operatora ötürülür. Bu isə hədəfləri yüksək dəqiqliklə məhv etməyə imkan yaradır.
Bizim.Media