Türkiyə dünyanın telekommunikasiya peykləri hazırlayan 11-ci ölkəsi olub.
Bizim.Media xəbər verir ki, bu məlumatı Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacir “Türksat 6A” peykinin Ankaradan Floridaya göndərilməsini şərh edərkən verib.
Nazir “Türksat 6A” peykini Türkiyədə indiyə qədər inkişaf etdirilən ən yüksək texnologiyalı məhsul adlandırıb. O əlavə edib: “Peykin hazırlanmasında yalnız türk alimləri və mühəndisləri iştirak edib. Yerli peyklər milli təhlükəsizlik üçün vacib amildir”.O, Türkiyənin Milli Kosmik Proqramında qeyd olunan bütün məqsədlərə nail olunacağına əminliyini ifadə edib.
“Türksat 6A” peykinin ABŞ-ın Florida ştatının Kanaveral burnundan “SpaceX” raketdaşıyıcısı ilə iyul ayında buraxılması planlaşdırılır. Yeni peykin əhatə dairəsi 5 milyard əhalisi olan onlarla ölkəni əhatə edəcək.
Bu gün Yerin orbitində Türkiyənin beş telekommunikasiya peyki fəaliyyət göstərir: “Türksat 3A”, “Türksat 4A”, “Türksat 4B”, “Türksat 5A” və “Türksat 5B”.
Qeyd edək ki, Türkiyə hökuməti ölkəni peyk texnologiyaları ixracatçısına çevirməyi hədəfləyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:39 / 04.06.2024
Türkiyə bu sahədə dünyanın 11-ci ölkəsi oldu
Hazırda oxunan: Türkiyə bu sahədə dünyanın 11-ci ölkəsi oldu
Hazırda oxunan: Türkiyə bu sahədə dünyanın 11-ci ölkəsi oldu
195693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.