Moskva məhkəməsi rəsmi olaraq Oleq Eydelşteyni rusiyalı siyasətçi Vladimir Jirinovskinin bioloji oğlu kimi tanıyıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Moskva" xəbər agentliyi yayıb.
Mənbə qeyd edir ki, keçən il Oleq miras əldə etmək üçün Jirinovskinin atası kimi tanınmasını tələb edib, Nikulinski məhkəməsi isə onun iddiasına baxmayıb.
Həmin vaxt məhkəmə öz mövqeyini Kabardin-Balkar Respublikası (KBR) Ali Məhkəməsinin sözügedən mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş qərarı ilə izah edib. Apellyasiya şikayəti verildikdən sonra KBR-in Ali Məhkəməsi bu il qərarı ləğv edib.
Xatırladaq ki, Oleq Eydelşteyn 13 dekabr 1986-cı ildə anadan olub. Siyasətçi Vladimir Jirinovski oğlunu 2017-ci ildə ictimaiyyətə təqdim edib. O, babası Volf Eydelşteynin soyadını götürüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:20 / 04.06.2024
Moskva məhkəməsi Oleq Eydelşteyni Vladimir Jirinovskinin bioloji oğlu kimi tanıdı
Hazırda oxunan: Moskva məhkəməsi Oleq Eydelşteyni Vladimir Jirinovskinin bioloji oğlu kimi tanıdı
Hazırda oxunan: Moskva məhkəməsi Oleq Eydelşteyni Vladimir Jirinovskinin bioloji oğlu kimi tanıdı
195667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.