Gürcüstanda 5,4 bal gücündə zəlzələ oldu

Gürcüstanda 5,4 bal gücündə zəlzələ oldu

Hazırda oxunan: Gürcüstanda 5,4 bal gücündə zəlzələ oldu

195559

Gürcüstanın şimalındakı Raça bölgəsindəki Oni şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzindən bildirilib.

Zəlzələnin episentri Kvemo Svaneti diyarının İri kəndi yaxınlığında olub. Ocaq Yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar yerli vaxtla saat 02:03-də qeydə alınıb.

Zəlzələ paytaxt Tbilisidə də hiss olunub. Tələfat və dağınt barədə məlumat verilmir.

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO