KİV: “İranda Əfqan mühacirlərə işgəncə verilir”

KİV: “İranda Əfqan mühacirlərə işgəncə verilir”

Hazırda oxunan: KİV: “İranda Əfqan mühacirlərə işgəncə verilir”

195524

İrandan qovulan əfqanların sayı gündən-günə artmağa başlayıb. İran hakimiyyəti Əfqan mühacirlərə işgəncə verir.

Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Bildirilib ki, əfqan mühacirlərin İrandan deportasiyası 50% çoxalıb.

Həmçinin qeyd edilib ki, Əfqanıstanın “Tolo News” telekanalının Taliban hökumətinin rəsmi idarəsinə istinadən verdiyi məlumata görə, ən azı 3 min əfqan mühacir İrandan deportasiya edilib və ölkələrinə qaytarılıb.
Taliban hökumətinin Miqrasiya İdarəsinin rəisi Abdulla Qəyyumi İran hökumətini mühacirləri təqib etməkdə ittiham edib və deyib: “İranın düşərgələrində və bələdiyyələrində qaçqınları döymək, işgəncə vermək və onlardan pul almaq kimi məlumatlar hər kəsə açıq-aşkar məlumdur”.

Deportasiya edilən əfqanlardan bəziləri “Tolo News”a bildiriblər ki, İranda polis qüvvələri onları şantaj edərək müxtəlif bəhanələrlə zorla pul alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO