İranda prezidentliyə namizədlərin qeydə alınması başa çatır

İranda prezidentliyə namizədlərin qeydə alınması başa çatır

Hazırda oxunan: İranda prezidentliyə namizədlərin qeydə alınması başa çatır

195417

İyunun 3-də yerli vaxtla saat 18:00-da İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatır.

Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilir ki, bu günədək 37 iddiaçı qeydə alınıb. Onların arasında İran hakimiyyətinin tanınmış siyasi və dövlət xadimləri Mahmud Əhmədinejat, Səid Cəlili və Əli Laricaninin də adları var.

İddiaçılar Daxili İşlər Nazirliyi və Nəzarət Şurası tərəfindən araşdırıldıqdan sonra qeydə alınacaq. İyunun 12-27-dək seçkiqabağı kampaniya olacaq. İyunun 28-də isə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, ən çox səs toplayan iki namizədin iştirakı ilə iyulun 5-də seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Qeyd edək ki, İran tarixində 14-cü prezident seçkiləri mayın 19-da Prezident İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO