Sankt-Peterburqa rəhbərlik uğrunda sentyabrda keçiriləcək seçkilərə artıq start verilib.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, hazırkı qubernator Aleksandr Beqlovun iyunun 2-də hakim “Vahid Rusiya” Partiyasından yenidən namizədliyi irəli sürülüb.
Qərar partiyanın Sankt-Peterburq təşkilatının konfransında gizli səsvermə nəticəsində qəbul edilib.
Səsvermənin nəticələrini “Vahid Rusiya”nın Baş Şurasının katibi, senator Andrey Turçak açıqlayıb. Məlum olub ki, Beqlovun namizədliyinin lehinə 200, cəmi 1 nəfər isə əleyhinə səs verib.
Postsovet Sankt-Peterburqun tarixində şəhərin indiyədək beş meri olub: Anatoli Sobçak (o zaman mer vəzifəsi, 1991-1996), Vladimir Yakovlev (1996-2003), Valentina Matviyenko (2003-2011), Georgi Poltavçenko (2011-2018) və Aleksandr Beqlov (2019-cu ildən). Bildirilir ki, Sankt-Peterburq qubernatoru indiyədək şəhərə rəhbərlik edənlər sırasında ən çox tənqid edilən məmurdur. Ötən il Beqlovun istefası ilə bağlı petisiyada 1,3 milyondan çox sakin qubernatorun istefaya göndərilməsini istəyib.
Merin idarəçiliyindən narazılıq qeyd edildiyi kimi, çoxdan var, amma sakinlərin səbrinin son damlası Beqlovun MDB ölkələrinin assambleyasında Ukrayna bayrağı fonunda çıxışı olmuşdu.
Amma prezident Putin onu vaxtından əvvəl istefaya gödərmədi. Bu yaxınlarda isə ölkə prezidenti Sankt-Peterburq qubernatorundan şimal paytaxtının daxili turizmdə niyə üçüncü yerdə olmasını soruşub. Bütün bunlar sentyabr seçkilərinin Sankt-Peterburq qubernatoru üçün asan keçməyəcəyi barədə iddiaları artırıb.
Beqlovun rəqiblərinin kimlər olacağı xüsusi maraq doğurur. Namizədlər sırasında “Ədalətli Rusiya”nın lideri Sergey Mironovun qardaşı qızı Nadejda Tixonovanın, “InFinTech” texnoloji parkının baş direktoru Mariya Mixaylovanın və Amerikada 15 il həbsdə yatandan sonra Rusiyaya təhvil verilən “silah baronu” Viktor Butun adı çəkilir.
ABŞ-da 15 illik həbsdən çıxdıqdan sonra RLDP sıralarına qoşulan Viktor But hazırda Sankt-Peterburqda yaşayır. Amma qubernatora daha ciddi problem yarada biləcək namizəd “InFinTech” texnoparkının baş direktoru Mariya Mixaylovadır.
Bu ilin aprelində Azərbaycanda səfərdə olmuş Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gəliblər.
Valideynləri burada olanda müharibə başlayıb. Atasını dərhal cəbhəyə göndəriblər, anası isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atasının dostları onları burada himayə ediblər. Beqlovun atası İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov ailədə səkkizinci uşaq olub.
Qeyd edək ki, Sankt-Peterburq qubernatorluğuna seçkilər üç gün - sentyabrın 6-dan 8-dək davam edəcək. Həmçinin həmin günlərdə Sankt-Peterburqun qanunverici orqanına və bələdiyyəyə üzv seçməli olacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:56 / 02.06.2024
Putin doğulduğu şəhəri yenə bakılı qubernatora tapşırır - FOTO
Hazırda oxunan: Putin doğulduğu şəhəri yenə bakılı qubernatora tapşırır - FOTO
Hazırda oxunan: Putin doğulduğu şəhəri yenə bakılı qubernatora tapşırır - FOTO
195344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.