Çinlilər bu heyvanı klonlaşdırdı - Dünyada BİR İLK

Çinlilər bu heyvanı klonlaşdırdı - Dünyada BİR İLK

Hazırda oxunan: Çinlilər bu heyvanı klonlaşdırdı - Dünyada BİR İLK

195294

Dünyada ilk dəfə klonlaşdırılmış vəhşi qütb canavarı doğulub.


Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu fakt Çində qeydə alınıb. 


Çinin biotexnologiya şirkəti dünyada ilk klonlaşdırılmış vəhşi qütb canavarının doğulduğunu elan edib. 


“Sinogene Biotechnology Co” şirkətinin baş direktoru Mi Jidongun sözlərinə görə, çinli tədqiqatçılar nəsli kəsilməkdə olan canavarı xilas etmək üçün 2020-ci ildən bəri qütb heyvanları üzrə mütəxəssis Harbin Polarland ilə əməkdaşlıq edirlər. Donor hüceyrələr Kanadadan gətirilən vəhşi dişi qütb canavarının dəri nümunəsindən əldə edilib. Klonlama təxminən iki il çəkib.


Klonlama zamanı surroqat kimi it seçilib. İtin seçilməsi təsdüfi olmayıb. Çünki itlər qədim canavarlarla ümumi genetik mənşəyi bölüşürlər.


Mütəxəssislər hesab edirlər ki, dünyada ilk klonlaşdırılmış vəhşi Arktika canavarının doğulması biomüxtəlifliyin, nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması üçün böyük əhəmiyyət kəsb edən klonlaşdırma texnologiyasının tətbiqində mühüm mərhələdir.


Vasif,
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO