Zelenski Sinqapurda ABŞ müdafiə naziri ilə görüşdü - VİDEO

Zelenski Sinqapurda ABŞ müdafiə naziri ilə görüşdü - VİDEO

Hazırda oxunan: Zelenski Sinqapurda ABŞ müdafiə naziri ilə görüşdü - VİDEO

195277

Ukrayna Prezidenti Volodimir Zelenski Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

“ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdə əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub”, - deyə dövlət başçısı bildirib.

O, danışıqların təfərrüatlarını açıqlamayıb.

Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib. Mayın 30-da Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası əks batareya döyüşü zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə razılaşıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO