"Crocus” hadisəsində zərərçəkmişlərin yekun sayı AÇIQLANIB 

Hazırda oxunan: "Crocus” hadisəsində zərərçəkmişlərin yekun sayı AÇIQLANIB 

195215

Rusiyada martın 22-də "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı cinayət işində 1700-dən çox insan zərərçəkmiş kimi tanınıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən dörd şəxslə bağlı məhkəmə qərarının mətnində məlumat verilib.

"1700-dən çox şəxs tanınıb və müvafiq statusda dindirilib, 800-dən çox şəxs şahid qismində dindirilib, 20-dən çox axtarış aparılıb, hadisə yerinə 65 dəfədən çox baxış keçirilib, 650-dən çox müxtəlif ekspertiza, o cümlədən məhkəmə-tibbi, molekulyar-genetik, yanğın-texniki, inşaat mühəndisliyi, barmaq izi ekspertizası təyin edilib", - deyə sənəddə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO