Rusiya XİN-dən delimitasiya ilə bağlı AÇIQLAMA:

Rusiya XİN-dən delimitasiya ilə bağlı AÇIQLAMA: "Yardım göstərməyə hazırıq" - VİDEO

Hazırda oxunan: Rusiya XİN-dən delimitasiya ilə bağlı AÇIQLAMA: "Yardım göstərməyə hazırıq" - VİDEO

194902

“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacib əhəmiyyətə malikdir”.

Bizim.Media erməni mətbuatrına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.

“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı praktiki mərhələnin başladığını müşahidə edirik. Bu, regional sabitlik üçün vacib əhəmiyyətə malikdir”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Rusiya delimitasiya ilə bağlı bütün məsələlərin müstəsna olaraq siyasi-diplomatik metodlarla həllinə tərəfdardır: “Moskva üçtərəfli razılaşmalar əsasında tərəflərə delimitasiya ilə bağlı öz konsultativ yardımını göstərməyə hazırdır”.

XİN rəsmisi qeyd edib ki, İrəvanda meydanlara toplaşan etirazçıların narazılığı, onların fikrincə, delimitasiyanın tam ədalətli olmaması ilə bağlıdır.

Eyni zamanda, Zaxarova Ermənistandakı siyasi prosesləri ölkənin daxili işi adlandırıb.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO