Gülyanaq Məmmədova türkmən dilində mahnı İFA EDİB - FOTO/VİDEO

Gülyanaq Məmmədova türkmən dilində mahnı İFA EDİB - FOTO/VİDEO

Hazırda oxunan: Gülyanaq Məmmədova türkmən dilində mahnı İFA EDİB - FOTO/VİDEO

194869

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günündə Türkmənistan Elmlər Akademiyasının prezidenti Allaberdı Aşirov ilə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova arasında səmimi söhbət olub.

Bizim.Media xəbər verir ki, Xalq artisti Gülyanaq Məmmədova Allaberdı Aşirovu türkmən dilində salamlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gülyanaq Məmmədova Kitab Festivalında ÇIXIŞ edib – FOTO/VİDEO



Sonra həm Azərbaycan Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, həm də Türkmənistan Elmlər Akademiyasının prezidenti Allaberdı Aşirov festival iştirakçılarını salamlayıb.

Hər iki akademik iki dövlətin dostluq, mədəni, tarixi əlaqələrindən söz açıblar.
Daha sonra Xalq artisti Gülyanaq Məmmədova türkmən mahnısı ifa edib.

Sənətkarın ifası Türkmənistan Elmlər Akademiyasının prezidenti Allaberdı Aşirov və Azərbaycan Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və festival qonaqları tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-də öz işinə yekun vuracaq.
 



Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO