Braziliya İsraildəki səfirini GERİ ÇAĞIRDI

Braziliya İsraildəki səfirini GERİ ÇAĞIRDI

Hazırda oxunan: Braziliya İsraildəki səfirini GERİ ÇAĞIRDI

194729

Braziliya İsraildəki səfiri Federiko Mayeri geri çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN Brasil məlumat yayıb.

Məlumata görə, diplomat başqa vəzifəyə təyinatla əlaqədar İsraildən geri çağırılıb.

Braziliya prezidenti da Silvanın qərarına əsasən, diplomatik nümayəndə Cenevrədə yeni vəzifə tutacaq .

Qeyd edək ki, fevralın 20-də da Silva Mayeri məsləhətləşmələr üçün geri çağırıb. Bir gün əvvəl isə İsrailin xarici işlər naziri Katz Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etdiyi üçün Braziliya prezidentini persona non qrata elan edib. 
Ehtimal edilir ki, səfirin geri çağırılmasına səbəb Braziliya prezidentinin İsraildə arzuolunmaz şəxs elan olunması ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO