Gürcüstan parlamentində müxalif deputat Giorgi Vaşadzenin çıxışı zamanı üzərinə su töküblər.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Məlumata görə, həmin anlar deputat “Xarici agentlər haqqında” qanuna veto qoyulmasını müzakirə edərkən baş verib. O, “Sağ ol!” deyərək çıxışına davam edib. Suyu atan şəxsin parlament çoxluğunun nümayəndələrindən biri olduğu bildirilib.
Qeyd edək ki, bu gün Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna qoyduğu vetonu 84 səslə ləğv edib.
Bizim.Media