Gürcüstan parlamentinin sədri: ““Xarici agentlər” haqqında qanuna qoyulan veto aradan qaldıracaq”

Gürcüstan parlamentinin sədri: ““Xarici agentlər” haqqında qanuna qoyulan veto aradan qaldıracaq”

Hazırda oxunan: Gürcüstan parlamentinin sədri: ““Xarici agentlər” haqqında qanuna qoyulan veto aradan qaldıracaq”

194418

Gürcüstan parlamenti mayın 28-də keçiriləcək plenar iclasında Zurabişvilinin “xarici agentlər” haqqında qanuna vetosunu mütləq aradan qaldıracaq.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Mayın 28-də keçiriləcək iclasda əvvəlcə siyasi bəyanatlar olacaq... Siyasi bəyanatlar təxminən iki-üç saat davam edir, ondan sonra müzakirə edəcəyimiz ilk məsələ vetodur. Baxış birinci oxunuşun qaydalarına uyğun aparılacaq, burada suallar, cavablar və çıxışlar yer alacaq.

Düşünürəm ki, proses elə həmin iclasda da başa çatacaq və təbii ki, parlament bu vetoda mütləq qalib gələcək”, - deyə Gürcüstan parlamentinin sədri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO