Stoltenberqin ETİRAFI:

Stoltenberqin ETİRAFI: "Kiyevə kifayət qədər silah göndərməmişik"

Hazırda oxunan: Stoltenberqin ETİRAFI: "Kiyevə kifayət qədər silah göndərməmişik"

194305

“Avropa İttifaqı Ukraynaya 1 milyon mərmi vəd edib, lakin vədini yerinə yetirməyə belə yaxınlaşmayıb”.

Bizim.Media xəbər verir ki, NATO Parlament Assambleyasının sessiyasında çıxış edən baş katib Yens Stoltenberq təpkisini bu sözlərlə dilə gətirib.

“NATO ölkələri Ukraynanı bütün silahların 99%-i ilə təmin edib, lakin bu, kifayət deyil, biz Kiyevə kifayət qədər silah göndərməmişik və ciddi gecikmələr olub. Birləşmiş Ştatlar 6 ay ərzində Ukraynaya yardım paketini müzakirə etdi, Avropa İttifaqı 1 milyon mərmi vəd etdi, lakin bu rəqəmə yaxınlaşa bilmədi”, - deyə Stoltenberq tədarükün daha da artırılmasına çağırıb.
Onun fikrincə, Ukrayna qüvvələrinin çoxsaylı yerli məğlubiyyətlərinin əsas səbəbi hərbi təchizatın çatışmazlığıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO