Putin Özbəkistanda səfərdədir - VİDEO

Putin Özbəkistanda səfərdədir - VİDEO

Hazırda oxunan: Putin Özbəkistanda səfərdədir - VİDEO

194190

Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın paytaxtı Daşkəndə ikigünlük səfərə gedib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, burada o, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlar aparacaq.

Əsas proqram sabaha nəzərdə tutulub. Hər iki dövlət başçıları Rusiya-Özbəkistan münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Putin və Mirziyoyev Rusiya və Özbəkistan Regionlar Şurasının ilk iclasında da iştirak edəcəklər. Bundan başqa, səfər zamanı bir sıra birgə sənədlər imzalanacaq.
Agentlik qeyd edib ki, bu, Putinin yeni prezidentlik müddəti başlayandan bəri üçüncü xaricə səfəridir (inauqurasiya mayın 7-də baş tutub). Özbəkistana səfər dövlət səfəri statusuna malikdir (yəni ən yüksək diplomatik səviyyədir).
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO