ABŞ- Seçkilər- Son Statistika
Amerika Birləşmiş Ştatlarında cümə axşamı keçirilən seçkinin yekun nəticələri hələ də bəlli deyil.
Bizim.Media “BBC”-ə istinadən bildirir ki, seçkinin nəticəsinə əsaslı təsir göstərəcək dörd əyalətdə səslərin sayılması davam edir.
Həmçinin səhərə olan statistikaya əsasən Corcia ştatında 15.000, Nevada 190.000, Pensilvaniya əyalətində 220.000, Arizona ştatında isə 220.000 səs hələ də sayılmasını gözləyir.
Qeyd edək ki, ABŞ-da səslərin hesablanması prosesi davam edir. Seçki komissiyasının son nəticəsinə əsasən Co Bayden 264 səslə irəlidədir. Tramp isə 214 səs toplayıb.
***
ABŞ Prezident seçkiləri- Son Statistika
ABŞ prezident səsverməsinin son nəticəsi Arizona, Corcia, Nevada və Pensilvaniya əyalətlərinə bağlıdır.
"Saxtakarlığı dayandırın" - deyə, tvit atan Donald Tramp seçki nəticələrinin saxtalaşdırılmasına etirazını bildirib. Xalqı ayıq-sayıq olmağa çağıraraq doğruların mediada əks olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, hazırki nəticələrə əsasən Co Bayden irəlidədir. Tramp isə ümidini itirməyərək "Biz qələbə çalacağıq" sözləri ilə tərəfdarlarını ümidli olmağa səsləyir.
***
ABŞ- Son statistika
ABŞ seçki səslərinin sayılması hələ də davam edir. Mövcud səs nisbətləri dəyişməsə, Co Bayden 270 səslə ABŞ-ın yeni prezidenti seçilə bilər.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Donald Trump-ın seçki kampaniyasının komandası bir çox əyalətdəki nəticələrə etiraz edir.
Trump komandasının məhkəmə icraatına başlayacağı əyalətlər Viskonsin, Miçiqan, Pensilvaniya və Corciyadır. Co Bayden Viskonsin və Miçiqanda birinciliyini qoruyur. Trump isə Corciya və Pensilvaniyada liderlik edir.
***
Bayden qələbəyə yaxındır
ABŞ-da prezident seçkilərinin nəticələri ilə bağlı son məlumatlar yayılıb.
“USA Today” xəbər verir ki, son nəticəyə görə, Demokrat Partiyasının namizədi Co Bayden 72 055 975 seçici səsi (50,4 %), Respublikaçıların namizədi Donald Tramp isə 68 597 329 səs (48 %) qazanıb.
Bayden Seçkiçilər Kollegiyasında 264 , Tramp isə 214 səs toplayıb.
Qeyd edək ki, seçkilərdə qələbə üçün namizəd 270 səs toplamalıdır.
***
ABŞ seçkiləri- Son Statistika
ABŞ-da prezident seçkilərində qalib hələ məlum deyil. Ştatlarda səslərin hesablanması davam edir.
Çünki istər indiki Prezident Donald Tramp, istərsə də sabiq vitse-prezident Co Bayden qələbə üçün zəruri olan 270 seçki səsini hələ də toplaya bilməyib.
Son nəticəyə baxsaq, Co Bayden son 22 xalla qalibiyyətini gözləyir.
***
Donald Tramp: "Biz Pensilvaniyanın qalibiyik"
Donald Tramp şəxsi "Twitter" hesabında tvitlər atmağa davam edir.
"Biz Pensilvaniyanın qalibiyik. Lakin Pensilvaniya Komissarı sayılmalı olan milyonlarla bülletenin qaldığını açıqlayır" - deyə tvit atan Tramp öz narazılığını dilə gətirib.
***
ABŞ seçkiləri – Son statistika
ABŞ-da prezident seçkiləri davam edir. Bütün dünya ABŞ-ın 46-cı prezidentini səbirsizliklə gözləyir.
Bizim.Media "BBC"- ə istinadən xəbər verir ki, səslərin hesablanması davam edir. Seçkinin nəticələri hələ də elan olunmayıb.
Demokrat namizəd Co Bayden, seçicilərini seçkilər zamanı səs qutularına ciddi nəzarət etməyi, həmçinin həmin əraziləri tərk etməməyə çağırıb.
***
Bizim.Media “Voting İnformation Center”- ə istinadən bildirir ki, hələ ki, qalib müəyyən olunmayıb. Səs vermə nəticələri hər ştatda vətəndaşların verdiyi səsə əsaslanır. ABŞ seçki məntəqələri artıq bağlanıb. Prezident Donald Tramp seçkilərdə qalib gəldiyini desə də səslər hələ də sayılmaqda davam edir. Nəticənin yaxın günlərdə elan olunacağı proqnozlaşdırılır.
***
Bayden düşərgəsi Trampın bəyanatını "çirkin" adlandırdı
Donald Trampın bülletenlərin sayılmasının dayandırılması, həmçinin Ali Məhkəməyə müraciət etməsi barədə verdiyi açıqlama Bayden tərəfdarları arasında birmənalı qarşılanmayıb.
Bizim.Media "The Guardian"-a istinadən bildirir ki, Co Bayden təbliğat-təşviqat kompaniyasının meneceri Cen O'Malley Dillon Trampın verdiyi açıqlamanı "misli görülməmiş səhv" adlandırıb. Onun dediklərini Amerika vətəndaşlarının demokratik hüquqlarının əlindən alınması səyi olaraq görüb. Co Bayden tərəfdarları Amerika Konstitusiyasını əsas götürərək səslərin sayılmasının davam ediləcəyini diqqətə çatdırıb.
"Nə mən, nə də Donald Tramp bu seçkinin nəticəsinə qərar vermir. Bu seçkinin nəticəsinə Amerika xalqı qərar verir "-deyə tvit atan Co Bayden seçkilərin demokratik keçirildiyini bir daha ictimaiyyətin diqqətinə çatdırmağa çalışıb.
***
ABŞ seçkilər- Son statistika
ABŞ prezident seçkilərinin son nəticələrinə əsasən əyalətlər üzrə üstünük Donald Trampa məxsusdur. Lakin Washington, Oregan, Kaliforniya, Arizona şəhərlərində isə səs çoxluğu ilə Co Bayden irəlidədir
***
ABŞ seçkilər- Son statistika
ABŞ prezident seçkilərinin son nəticələrinə əsasən əyalətlər üzrə üstünlük Donald Trampa məxsusdur. Lakin Washington, Oregan, Kaliforniya, Arizona ştatlarında isə səs çoxluğu ilə Co Bayden irəlidədir.
***
CNN-in Ağ ev müxbiri Trampa qəzəbləndi
CNN-in müxbiri Cim Akosta Donald Trampın rəsmi açıqlama olmadan qələbə çalacağı haqqında verdiyi məlumatlardan qəzəblənib.
“Dövləti quran babalarımız məzarında tərs yuvarlanır” – deyə etiraz edən jurnalist Trampı saxta xəbər yaymaqda günahlandırdı.
Bizim.Media “Deccan Chronicle”-a istinadən bildirir ki, Donald Trump dəfələrlə adıçəkilən jurnalistlə qalmaqallı polemikalar yaşayıb.
***
ABŞ seçkilərin son nəticələrinə əsasən Bayden irəliləməkdə davam edir. Lakin əyalətlər üzrə liderliyi Tramp qoruyub saxlayır.
***
Pensilvaniya Qubernatorundan Trampa cavab
Böyük bir fərqlə qazanırıq deyən Trampa Pensilvaniya Qubernatorundan cavab gəlib.
Bizim.Media CNN-ə istinadən bildirir ki, Qubernator hələ açıqlanmayan 1 milyon səsin olduğunu diqqətə çatdırıb.
***
Donald Trump: "Biz seçkini qazandıq"
Seçicilərinə canlı yayımda səslənən Tramp, böyük bir qələbə əldə etdiklərini iddia etdi.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, Tramp seçkinin şəffaflığından narahatdır.
"Böyük ehtimalla Prezidentiniz mən olacağam. Seçikini biz qazandıq. Ali Məhkəməyə gedəcəyik" deyərək seçicilərini ümidli olmağa səsləyib.
***
Joe Bayden 4 nümayəndə ilə Maine əyalətini qazandı.
***
Senatın güc balansı
Lazım olan 51 səsdən Demokratlar- 46, Respublikaçılar isə 47 bal toplayıb.
***
Ağ evin güc balansı
Lazım olan 218 səsdən Demokratlar 180, Respublikaçılar isə 171 səs toplayıb.
***
Bu dəqiqələrdə hazırkı Prezident Donald Tramp canlı yayımda Birləşmiş Ştatlar vətəndaşlarına müraciət edib.
***
Seçki Komitəsindəki son vəziyyət: Bayden: 238 - Trump: 213
***
Donald Trump: “Seçkiləri oğurlamağa çalışırlar”
ABŞ-da prezident seçkiləri gərgin mübarizə şəraitində keçir.
“Biz öndəyik, amma onlar seçkiləri oğurlamağa çalışırlar. Bunu etmələrinə heç zaman icazə verməyəcəyik! Bülletenlər bağlandıqdan sonra səs verilə bilməz!” –deyə tvit atan Donald Tramp özü də gərgin mübarizədə olduğunu etiraf edir.
Qeyd edək ki, Tramp əsas ştatlarda rəqibini üstələməkdə davam edir.
***
Trump Texası qazandı
Bizim.Media "Associated Press"-ə istinadən xəbər verir ki, Donald Trump rəsmi olaraq Texası və ona vacib olan 38 seçici səsini qazandı.
***
Bizim.Media “Fox News”-a istinadən xəbər verir ki, Tramp Ohayo, Şimali Karolina, Corciya, Florida, Texas, Miçiqan, Pensilvaniya, Viskonsin, Montana və Ayova ştatlarında rəqibi Co Baydeni üstələyir.
Florida ştatının sakinlərindən olan respublikaçı senator Rik Skott hazırkı ABŞ Prezidenti Donald Trampın Floridada qələbəsini elan edib. Bu barədə o, “Twitter” səhifəsində yazıb:
“Tramp Florida ştatında qələbə qazandı! Prezidentimiz və seçicilərimiz üçün belə nəticənin əldə olunması üçün çox çalışdıq”.
Qeyd edək ki, Florida ABŞ-ın cənub-şərqində yerləşir və prezident seçkilərini qazanmaq üçün ən vacib ştatdır. O, seçkidə qalibə 29 seçici səsi verəcək.
Bizim.Media