Ərdoğan: “Qlobal sistem bütün amilləri ilə bugünkü reallıqlara uyğun olaraq yenidən qurulmalıdır”

Ərdoğan: “Qlobal sistem bütün amilləri ilə bugünkü reallıqlara uyğun olaraq yenidən qurulmalıdır”

Hazırda oxunan: Ərdoğan: “Qlobal sistem bütün amilləri ilə bugünkü reallıqlara uyğun olaraq yenidən qurulmalıdır”

193925

“Son illər dünya radikal dəyişiklik prosesindən keçir. İkinci Dünya müharibəsindən sonra qurulan iqtisadi, hərbi və siyasi sistemin əsasları hər yeni hadisə ilə daha da ciddi sarsılır. Beynəlxalq sistemdə tarazlıq pozulub, qeyri-müəyyənlik artıb, qeyri-sabitlik və xaos dünyanın hakim rənginə çevrilib. Türkiyə olaraq uzun müddətdir bu vəziyyətə diqqət çəkirik. Qlobal sistem bütün amilləri ilə bugünkü reallıqlara uyğun olaraq yenidən qurulmalıdır. “Dünya 5-dən böyükdür” sözlərim sistemin təcili dəyişdirilməsinə olan ehtiyacın göstəricidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Albaraka İslam Maliyyə Sammitində çıxışı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, azırda dünyada haqsızlıqların qarşısını alacaq heç bir qurulu mexanizm yoxdur: “Daha balanslı, ədalətli və əhatəli bir sistem yaratmaq üçün hamımız əl-ələ verməliyik. Bu gün dünyada maliyyə bərabərsizliyi ən yüksək həddə çatıb. Dünyanın ən varlı insanları olan bir faizlik hissə ümumi qlobal sərvətin demək olar ki, yarısına sahibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO