Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyaları bərpa edilib.
Bizim.Media xəbər verir ki, bir neçə günlük sakitlikdən sonra etirazçılar Azadlıq meydanından Gürcüstan Daxili İşlər Nazirliyinin binasına doğru yürüş keçiriblər.
Aksiyada sadəcə Avropa İttifaqının və Gürcüstanın bayraqları deyil, ABŞ bayrağı da nümayiş edilib.
Bununla aksiya iştirakçıları Amerika siyasətçilərinin Gürcüstan hakimiyyətini sanksiyalarla hədələməsinə dəstək göstəriblər.
Bizim.Media