İrəvan Rusiya ilə sərhəd məsələsinə görə Estoniyanı DƏSTƏKLƏDİ

İrəvan Rusiya ilə sərhəd məsələsinə görə Estoniyanı DƏSTƏKLƏDİ

Hazırda oxunan: İrəvan Rusiya ilə sərhəd məsələsinə görə Estoniyanı DƏSTƏKLƏDİ

193875

Estoniya xarici işlər naziri Marqus Tsahkna və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə estoniyalı nazir rəsmi "X" hesabında paylaşım edib.

Nazir qeyd edib ki, Mirzoyan Rusiya ilə sərhəd insidenti ilə bağlı İrəvanın Estoniyaya dəstəyini ifadə edib.

“Həmçinin Cənubi Qafqazdakı vəziyyət, Estoniya və Aİ-nin vəziyyətin düzgün istiqamətdə irəliləməsini dəstəkləmək üçün nə edə biləcəyini də müzakirə etdik”, - paylaşımda qeyd edilib.
Qeyd edək Rusiya sərhədçiləri bu yaxınlarda Narva çayının Estoniya tərəfində yerləşdirilmiş 50 naviqasiya buylarından (gəmi yollarını işarələmək üçün üzgəc) 24-nü çıxarıblar.

Estoniya tərəfi isə buna etiraz olaraq, Rusiya ilə sərhəd ərazilərini hasarlayacağını açıqlayıb. “Rusiya ilə heç bir torpağı dəyişdirmək fikrində deyilik. Ona görə də biz bu hasarı tikməliyik”, - deyə ölkənin daxili işlər naziri Lauri Lanemets bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO