"Putin müharibəni dayandırmaq istəyir" - “Reuters” agentliyi  

Hazırda oxunan: "Putin müharibəni dayandırmaq istəyir" - “Reuters” agentliyi  

193850

Rusiya prezidenti Vladimir Putin hazırki təmas xəttini saxlamaq şərti ilə döyüşləri dayandırmağa hazırdır. 

Bizim.Media xəbər verir ki, bu sensasiyalı məlumatı “Reuters” agentliyi yayıb. 

Bu barədə məlumatı agentliyə rus mənbələri verib. Bununla yanaşı onlar deyiblər ki, əgər Kiyev və Qərb bu təkilfə cavab verməsə döyüşləri davam etdirəcəklər. 

Putinin ətrafında gedən disskusiyalardan məlumatı olan 3 mənbə bildirib ki, Rusiya lideri azsaylı hərbi müşavirlərinə Ukrayna prezidenti Volodimir Zelenskinin Qərbin təhriki ilə danışıqları pozmaq cəhdindən  məyusluğunu bildirib. 
“Putin lazım olduğu qədər döyüşə bilər, lakin o, müharibəni dondurmaq üçün atəşkəsə də hazırdır” - deyə Putinlə çalışmış və Kremldə yüksək səviyyədə aparılan danışıqlardan xəbərdar olan dördüncü mənbə bildirib. 

Bu məlumatla bağlı beşinci mənbə hazırkı cəbhə xətti saxlanmaqla müharibənin dondurulmasını şərh etməyib.  

Putinin mətbuat katibi Dmitri Peskov məsələyə cavab olaraq bildirib ki, Kremlin rəhbəri dialoqa açıq olduğunu dəfələrlə bəyan edib. 

Ukrayna XİN-dən və Müdafiə Nazirliyindən bu sualı cavablandırmaqdan imtina ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO