Yeni Kaledoniya, köhnə SİYASƏT – Fransa niyə orta əsr təfəkküründən ƏL ÇƏKMİR?

Yeni Kaledoniya, köhnə SİYASƏT – Fransa niyə orta əsr təfəkküründən ƏL ÇƏKMİR?

Hazırda oxunan: Yeni Kaledoniya, köhnə SİYASƏT – Fransa niyə orta əsr təfəkküründən ƏL ÇƏKMİR?

193684

Yeni Kaledoniyada vəziyyət gərgin olaraq qalmaqdadır. Fransanın ora əlavə qüvvələr cəlb etməsinə baxmayaraq, narazı kütlə mübarizəni dava etdirir. Artıq Yeni Kaledoniya küçə döyüşləri meydanına çevrilib.

Hadisələr zamanı 200 maşın və 50-dən çox iş yeri yandırılıb, 54 mühafizəçi yaralanıb, 82 nümayişçi saxlanılıb. Paytaxt Noumea şəhərində komendant saatı elan edilib. Bir sözlə, görünən odur ki, Yeni Kaledoniya əhalisi öz mübarizələrində qətidir. Onların mübarizəsi isə müstəqillik əldə etməkdən ibarətdir.

Belə olan halda, görəsən Fransa kolonializm siyasətindən əl çəkəcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev qeyd edir ki, Fransanın Yeni Kaledoniyadan imtina etmək fikri yoxdur:

“Fransa hökuməti burada 3 min nəfərlik xüsusi təyinatlı yerləşdirib və sakitlik bərpa olunmayınca ərazini tərk etməyəcəklərini bəyan ediblər. Bu baxımdan belə görünür ki, rəsmi Paris Yeni Kaledoniyaya müstəqillik vermək fikrində deyil.

Fransa xalqların öz müqəddəratını təyin etmə adı altında gizlənərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı hər zaman əks mövqedə dayanmaqla separatizmə dəstək verib. Amma öz müqəddəratını təyin etmək istəyən Yeni Kaledoniya xalqının hüquqlarını tanımır. Halbuki Yeni Kaledoniyanın əhalisi yerli xalq olsa da, ermənilər yerli xalq deyil, gəlmədir və onlar separatizmlə məşğul olublar.

Paris Yeni Kaledoniyanı müstəmləkəyə çevirib. O baxımdan həmin ərazinin öz müqəddəratını həll edərək müstəqil dövlət olmaq haqqı var. Lakin Fransa onları boğmaqla məşğuldur. Belə bir məqamda Azərbaycan Yeni Kaledoniya xalqının hüquqlarını müdafiə edərək, səslərini dünyaya çatdırmağa çalışıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO