Qərb qisas planını AKTİVLƏŞDİRİR – Gürcüstanı bu dəfə hansı aqibət GÖZLƏYİR?

Qərb qisas planını AKTİVLƏŞDİRİR – Gürcüstanı bu dəfə hansı aqibət GÖZLƏYİR?

Hazırda oxunan: Qərb qisas planını AKTİVLƏŞDİRİR – Gürcüstanı bu dəfə hansı aqibət GÖZLƏYİR?

193653

Gürcüstan hökumətinin xarici agentlər haqqında qəbul etdiyi qanun Qərbi Tiflisə qarşı addımlar atmağa vadar edib. Artıq Qərb Gürcüstana qarşı tədbirlər görməyə hazırlaşdığını rəsmən elan edib.

Bunu ABŞ dövlət katibi Entoni Blinkenin açıqlamasından görmək olar. Belə ki, o ABŞ və Avropa İttifaqının (Aİ) xarici agentlər haqqında qanun layihəsinə görə Gürcüstana qarşı tədbir görməyi planlaşdırdığını bəyan edib.

“Biz bu məsələyə cavab olaraq nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk. Bizim hər hansı tədbir görəcəyimizi gözləyirəm”, - Blinken vurğulayıb.

Bu açıqlama onu göstərir ki, Qərb Tiflisi sözügedən qanuna görə cəzalandırmaq istəyir. Yaxud da Tiflisi qanundan imtina etmək üçün hədələyir.

Bu fonda görəsən, qonşu ölkəni nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılov düşünür ki, Tiflisin sözügedən qanunu qəbul etməsinə rəğmən Qərb Gürcüstanın tamamilə əlindən çıxmasına xidmət edəcək hüquqi aktlar qəbul etməkdən uzaq olacaq:

“Gürcüstan növbəti dəfə Qərb neoimperalizminin təhdidlərilə üz-üzədir. Qərbin Gürcüstanla bağlı təhlükəli ssenariləri müxtəlif dövrlərdə gerçəkləşib. Bütövlükdə Qərbin Tiflisi sıxışdırmağa çalışması, onu müxtəlif vədlərlə aldadıb, Moskva ilə üz-üzə qoyması fonunda 2008-ci ildə Rusiya Gürcüstan müharibəsi baş verdi.

İndi də Qərb xarici agentlər haqqında qanunu qəbul edən Gürcüstanı başqa formada təhdid edir.
Bu əsla anlaşılan və qəbuledilən deyil. Hər bir ölkənin xaricdən onun dövlət suverenliyinə, milli dəyərlərinə qarşı olan təhdidləri, kənardan gələn ideologiyalar və təşkilatları, eyni zamanda xarici maliyyələşmə mexanizmlərini aradan qaldırmağa haqqı və hüququ var.

Gürcüstan da belə bir addım atır deyə, Qərb əlindəki bütün vasitələrlə ölkəni şantaj etməyə başlayıb. Qərb Gürcüstanın Abxaziya və Cənubi Osetiyada üzləşdiyi separatçılıq prosesinin qarşısını almaq üçün heç bir iş görməyib. Əksinə, bu prosesdə Gürcüstanın maksimum zərər görməsi üçün əlindən gələn bütün vasitələrdən istifadə edib. İndiki halda, Qərbin sanksiya təhdidləri və şantajı Gürcüstanı çətin vəziyyətə sala bilər. Amma düşünmürəm ki, Qərb Gürcüstanın tamamilə əlindən çıxmasına xidmət edən hansısa yanlış hüquqi aktlar qəbul etsin”

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO