Fars körfəzində ABŞ donanmasının gəmiləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) dəniz qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi açıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi “Pentaqon”a istinadən yayıb.
"Amerika komandaları radio və səsgücləndirici vasitəsi ilə çox sayda xəbərdarlıq göndərsələr də IRGC gəmiləri yaxın məsafədə manevr ediblər.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Əfqanıstandan geri çəkilməyə başladı – Kabil kimin nəzarətinə keçir?
Daha sonra Firebolt komandası xəbərdarlıq atəşi açıb və İran gəmiləri geri çəkilib". ABŞ Dəniz Qüvvələrinin veb saytında belə deyilib.
“Wall Street Journal” qəzeti Amerika Hərbi Dəniz Qüvvələrinin nümayəndələrinə istinad edərək, əvvəllər IRGC gəmilərinin Fars körfəzində ABŞ Sahil Mühafizəsi gəmilərini mühasirəyə aldığını, Amerikanın Wrangell gəmisi isə toqquşmamaq üçün manevr etdiyini yazmışdı.
Bənzər bir hadisə keçən ilin aprel ayında baş vermişdi. Sonra Pentaqon İran qayıqlarının Fars körfəzində Amerika hərbi gəmilərinin yanında təhlükəli şəkildə manevr etdiyini və birinin qarşısını "kəsdiyini" söyləyib.
IRGC dəniz qüvvələrinin komandiri Alireza Tangsir hadisəni Amerika gəmilərinin İran hərbi manevrləri bölgəsinə girməsi ilə izah edib.
Xəyalə Həsənova, Bizim.Media