ABŞ-ın dövlət katibi Entoni Blinken çərşənbə axşamı Konqresdə dinləmələr zamanı İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasını şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.
ABŞ dövlət katibinin sözlərinə görə, “Rəisinin hakim və prezident kimi dəhşətli səriştəsini nəzərə alsaq, İran xalqı çox güman ki, onsuz daha yaxşı vəziyyətdə olacaq”.
"Biz, şübhəsiz ki, onun ölümünə yas tutmuruq", - Antoni Blinken əlavə edib.
Maraqlıdır ki, daha əvvəl ABŞ Dövlət Departamenti İbrahim Rəisinin və digər İran rəsmilərinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı verib, İran xalqına, onun insan haqları və əsas azadlıqlar uğrunda mübarizəsinə dəstəyini bir daha təsdiqləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:08 / 22.05.2024
Blinken: “Biz İran prezidentinin ölümünə yas tutmuruq”
Hazırda oxunan: Blinken: “Biz İran prezidentinin ölümünə yas tutmuruq”
Hazırda oxunan: Blinken: “Biz İran prezidentinin ölümünə yas tutmuruq”
193409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.