ABŞ dövlət katibi Rusiya ilə dialoqun şərtini açıqladı

ABŞ dövlət katibi Rusiya ilə dialoqun şərtini açıqladı

Hazırda oxunan: ABŞ dövlət katibi Rusiya ilə dialoqun şərtini açıqladı

19338

“Moskva tərəfdən “eskalasiya” olmasa, iki ölkə arasında strateji sabitlikdən başlayaraq bir sıra məsələlərdə danışıqlar mümkündür”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken səsləndirib.

RİA Novosti agentliyi yazır ki, bundan əvvəl Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Moskva Vaşinqtona strateji sabitlik mövzusunda  dialoqa başlamağı və münaqişəsiz mühitin yaradılmasını təklif edib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ dövləti 35 milyondan çox insanın qətliamı üzərində yaradılıb - TARİXİ FAKTLAR


"Prezident Co Bayden açıq şəkildə söyləyib ki, Rusiya təcavüzkar və ehtiyatsız hərəkətlər etsə, cavab verəcəyik. Əlavə edib ki, ancaq daha sabit münasibətə üstünlük verəcəyik. Bu, nəticə etibarilə cənab Putindən asılıdır”. Blinken CNN-ə belə deyib.

Dövlət katibi vurğulayıb ki, Rusiya “eskalasiyadan” imtina edərsə, onda ABŞ “strateji məsələlərdə” onunla işləyə biləcək.

Eyni zamanda, Blinken deyib ki, Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenin sammitə dəvətini qəbul edib-etmədiyini bilmir: “Bu mövzu ilə bağlı müzakirələr davam edir”.

Çərşənbə axşamı günü Ağ Evin yüksək səviyyəli bir rəsmisi Vaşinqtonun Moskva ilə "səmimi söhbət" edəcəyini söyləyib:

“ABŞ eskalasiya əhval-ruhiyyəsində deyil, ancaq Rusiyanın hansısa fəaliyyətinə dözmək istəmir”.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun "Rossiya Segodnya"nın baş direktoru Dmitri Kiselevə verdiyi müsahibəsində qeyd edib ki, son zamanlarda Rusiya ilə ABŞ arasındakı münasibətlər açıq bir böhran içindədir:

“Vəziyyət Soyuq Müharibə dövründən də pisdir”.

15 apreldə ABŞ Moskvaya yeni məhdudiyyətlər qoyub və Rusiya diplomatik nümayəndəliyinin 10 əməkdaşının qovulduğunu elan edib. 

Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun sanksiya kursunun iki ölkə xalqlarının maraqlarına cavab vermədiyini bildirib.

Moskva cavab tədbirləri elan edib: on Amerika diplomatı ölkədən çıxarılıb, qalanlarına artıq ölkə ərazisində sərbəst hərəkət etməyə icazə verilməyəcək. Bundan əlavə, Rusiya həm keçmiş, həm də indiki administrasiya rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO